Göyçayda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici tədbirlər keçirilib
Rayon İcra Hakimiyyətinin və bələdiyyələrin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə yerlərdə maarifləndirici tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə vətəndaşlar arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtının səmərəli istifadəsini təşkil etməkdir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi Göyçay rayonunda da silsilə tədbirlər həyata keçirilir.
Diskussiya şəklində davam edən tədbirlərdə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.