Göyçayda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyalarının keçirilməsi davam etdirilir
30 oktyabr 2024 | 10:40
Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonunun Bığır kəndinin ərazisindən keçən hissəsində təşkil olunan ağacəkmə aksiyasında Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib.
Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar. Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.