Göyçayda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 10 min ağac əkiləcək
Göyçay rayonunda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub.
Ağacəkmə aksiyası zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Göyçay şəhər, Qaraməryəm, Bığır və İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin ərazilərindən keçən hissəsində təmizlik işləri aparılaraq oleyandr, akasiya, qarağac, küknar ağacları və gül kolları olmaqla, ümumilikdə bu günədək 3000 ədəd ağac əkilib.
Aksiyada ümumilikdə 500 nəfər iştirak edib.
Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı təşkilati və texniki tədbirlər görülür.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarlarına, ümumilikdə, 10 min ədəd müxtəlif növ ağac və gül kollarının əkilməsi nəzərdə tutulur.