Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib

30 may 2024 | 17:01

30 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib.

Xidmətin əməkdaşları dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar maarifləndirici çıxışlar ediblər.

Həmçinin tədbirdə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.

Seminar-müşavirdə yanğına qarşı təbliğat xarakterli videoçarx nümayiş etdirilmişdir.

Keçidlər