Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda yanğın təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir keçirildi

14 may 2025 | 10:39

14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Kamil Xəlilov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsinin rəisi Aqil Mustafayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq  şöbəsinin müdiri Samir Xəlilov dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşə zolaqları ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar maarifləndirici çıxışlar ediblər.

Həmçinin tədbirdə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tövsiyələr verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Keçidlər