Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirildi

19 may 2022 | 09:59

19 may 2022-ci il tarixdə Göyçay rayonunda yanğın təhlükəsizliyi ilə əlaqədar qərargah üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsinin rəisi Elnur Babayev, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.

Tədbirdə çıxış edən fövqəladə hallar üzrə rayon komissiyasının sədri, rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bildirmişdir ki, rayon ərazisində yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi, taxıl zəmilərində və otlaq sahələrində, rayon ərazisindən keçən respublika üçün strateji əhəmiyyətə malik olan hava elektrik verilişi xətlərinin mühafizə zonasında yanğın hadisələrinin qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının, hüquq-mühafizə orqanlarının, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət xüsusi qərargah, həmçinin yanğın hadisələri barədə operativ məlumatların verilməsini təmin etmək və yanğınların söndürülməsində yerli sakinlərin iştirakını təşkil etmək üçün hər bir nümayəndəliyin ərazisində operativ qruplar yaradılmışdır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsinin rəisi Elnur Babayev tədbirdə çıxış edərək biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrdən keçən yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə qarşıda duran əsas məsələlərdən danışdı və bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirdi.

Keçidlər