Göyçayda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
26 fevral 2026 | 13:52
Xocalı faciəsinin 34-cü ildönümündə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, YAP rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayonda məskunlaşmış Xocalı sakinləri, şəhid ailələri və müharibə iştirakçıları ilə birlikdə “Xocalı Soyqırımı” abidəsi ziyarət olunub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Uca Tanrıdan şəhidlərimizə rəhmət, ailələrinə güc və səbr diləyirik!






