Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Xocalı soyqırımının 33-cü ildönümü qeyd olundu

26 fevral 2025 | 17:14

26 fevral 2025-ci il tarixdə Göyçay rayonunda Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələlərin rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, rayonda məskunlaşmış Xocalı sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları Göyçay şəhər Şəhidlər Xiyabanı ərazisində Xocalıda şəhid olmuş həmvətənlərimizin xatirəsinə inşa edilmiş “Xocalı Soyqırımı” abidə kompleksinə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Xocalıdan olan şəhid ailələrinin üzvləri ilə görüşərək onlarla səmimi söhbət edib və bildirib ki, 2023-cü ilin oktyabr ayında Xocalıda, Xankəndidə və digər ərazilərimizdə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan bayrağının ucaldılması erməni separatizminin nəfəsini kəsən son addım oldu. Biz Xocalıya qayıtdıq, Qərbi Azərbaycana da qayıdacağıq.

Keçidlər