Göyçayda Xocalı Soyqırımının 32-ci ildönümü qeyd edildi
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür.
Fevralın 26-da Rayon İcra Hakimiyyəti başçısının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Göyçayda məskunlaşmış Xocalı soyqırımı qurbanlarının ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanı ərazisində “Xocalı Soyqırımı” abidə kompleksinə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə respublikanın Əməkdar müəllimi Pərviz Yəhyalı, Xocalı sakini Mustafa Hümbətov və digər natiqlər çıxış edərək bildirdilər ki, bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla bağlı barışmaz mövqeyimizi sarsıda bilmədi, bizi daha da mətinləşdirdi.
Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində dünya ictimaiyyəti Ermənistan hökumətinin siyasətinin əsasında terrorçuluq və işğalçılığın dayandığının şahidi oldular. Həyata keçirilən tədbirlər nəticəsində Xocalı şəhəri artıq separatçılardan təmizlənib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, siyasi iradəsi Azərbaycan ordusunun gücü, şəhidlərimizin canı, qazilərimizin qanı nəticəsində 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Prezidenti Dövlət Bayrağını ucaldıb. Rayonumuzda yaşayan Xocalı sakinləri artıq məcburi qaçqın və köçkün statusu daşımırlar. Əminik ki, yaxın günlərdə Xocalılar öz doğma yurdlarına, yuvalarına dönəcək və artıq onlar bizləri Xocalıda qarşılayacaqlar.
Qeyd edək ki, gün ərzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə əhali tərəfindən ziyarəti davam edib.