Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Xocalı soyqırımını unutmadıq” rəsm müsabiqəsi keçirildi

24 fevral 2024 | 10:59

Fevralın 23-də Göyçay Gənclər Evində Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə “Xocalı soyqırımını unutmadıq” rəsm müsabiqəsi keçirildi.

Gənclərin iştirak etdiyi müsabiqədə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdiyi etnik təmizləmə və işğal siyasətindən bəhs edib, Xocalı faciəsi, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar.

Sonra şagirdlərin Xocalı faciəsinə həsr etdikləri rəsmlərə baxış keçirilib.

Müsabiqənin qalibləri müəyyən edilərək sertifikat və hədiyyələrlə digər iştirakçılar təşəkkürnamə ilə təltif olunublar.

Keçidlər