Göyçayda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edildi
Fevralın 26-da Xocalı faciəsinin 31-ci ildönümünü günündə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda müvəqqəti məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin üzvləri, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri “Xocalı Soyqırımı” abidə kompleksinə gül dəstələri düzərək Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Xocalı qurbanlarının ailə üzvlərini yaşadıqları evdə ziyarət etmişlər.
Səmimi söhbət zamanı qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirilməsi Azərbaycan tarixinin ən qanlı səhifəsidir. Törədilən soyqırımının əsl mahiyyətinin ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığı, Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırılıb.
Xocalı sakinləri onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Sonda Xocalıdan olan şəhid ailərinin üzvləri ilə xatirə şəkili çəkilib.