Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda vətəndaşların rayon icra hakimiyyətinə etdikləri müraciətlər həll edilir

02 fevral 2024 | 15:30

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hər həftənin çərşənbə axşamları keçirilən qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlər nəzarətə götürülür və həlli istiqamətində müvafiq tədbirlər görülür.

Yanvarın ayının 23-də rayon icra hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı rayonun Qaraməryəm kəndin sakini Bədəlov Mahir Fəzail oğlu yaşadıqları “PMK 36” adlanan ərazinin avtomobil yolunun cari təmir edilməsi barədə müraciət etmişdir.

Vətəndaşın müraciətinə əsasən rayon icra hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən yola çınqıl daşı tökülərək qreyderlə hamarlanma işləri aparılıb.

Keçidlər