Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Vətən müharibəsində şəhid olanların üçüncü ildönümləri məzarları önündə qeyd olundu

17 noyabr 2023 | 17:53

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 17 noyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində şəhid olan rayonun Yenikənd kənd sakini Kərimli Azad Elşad oğlunun və Göyçay şəhər sakini Həsənov Maarif Rahim oğlunun üçüncü ildönümü mərasimlərində iştirak edib.

Mərasimdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların müdirləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və sakinlər şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Şəhid Kərimli Azad Elşad oğlu 07.02.1997-ci il tarixdə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə rayonun Yenikənd kəndində dəfn olunmuş, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid Həsənov Maarif Rahim oğlu 19.11.1999-cu il tarixdə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində  anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi  xidmətə cəlb edilmişdir. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir

#AzerbaijanRemembers

Keçidlər