Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda uşaq əməyinin istismarı və uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınmasına dair tədbir keçirilib

29 sentyabr 2025 | 17:10

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 26 sentyabr 2025-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində uşaqların məcburi əməyə cəlb edilməsi və insan alverinin qurbanı olmasının qarşısının alınması mövzusunda tədbir təşkil olunub. 

Tədbirin məqsədi uşaq əməyinin istismarı və uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində qurumlararası əməkdaşlığın gücləndirilməsi olub.

Görüşdə Mingəçevir, Yevlax şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayon icra hakimiyyətləri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və sahə rəisləri, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, eləcə də kiçik və orta biznes sahibkarları iştirak ediblər.

Komitənin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova tədbir iştirakçılarına dövlət səviyyəsində görülən işlər barədə ətraflı məlumat verib. Ardınca Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, həmçinin “Azərbaycan Uşaqları İctimai Birliyi”nin rəhbəri Kəmalə Ağazadə çıxış ediblər.

Mütəxəssislər uşaq əməyinin formaları, istismarla mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, qanunvericiliklə müəyyən edilmiş əmək normaları, uşaqlara verilən hüquqi imtiyazlar və onların insan alverindən müdafiəsi ilə bağlı məqamları diqqətə çatdırıblar.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

Keçidlər