Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” mövzusunda tədbir keçirilib

21 sentyabr 2024 | 11:53

20 sentyabr 2024-cü il tarixdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin konfrans zalında “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva, rayon icra hakimiyyətinin məsul əməkdaşları, Göyçay Dövlət İdarəetmə və Texnolgiya Kollecinin müəllim və tələbələri, həmçinin  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva ürək, qan-damar xəstəliklərinin erkən aşkarlanması ilə bağlı geniş məruzə edib və dinləyicilərə müvafiq tövsiyələr verib. Daha sonra maraqlı fikir mübadilələri aparılaraq suallar cavablandırılıb.

Keçidlər