Göyçayda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anıldı
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günü Göyçay rayonunda dərin hörmət və ehtiramla anılıb.
Dekabrın 12-də Anım günü münasibətilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, İcra Hakimiyyəti başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Qalib Azərbaycanın bugünkü qüdrəti və inkişafı Ulu Öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi, qətiyyətli fədakar əməyi, düşünülmüş və məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müasir tariximizin şanlı və qürurverici səhifəsi olan Vətən müharibəsi zamanı qazandığımız tarixi Zəfər də bir daha bütün dünyaya böyük cəsarət və mübarizliklə sübut etdi.