Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

07 may 2025 | 14:43

7 may 2025-ci il tarixdə Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.

Respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisindən keçən hissəsində təşkil edilmiş aksiyada, rayonun iqlim şəraitinə uyğun olaraq, 300-dən artıq müxtəlif növ ağac tingi əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Keçidlər