Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
Göyçay Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Aqil Kəngərli, Bəyaz Əliyeva, Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimi Səadət Səfərəliyeva çıxış edərək Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan söz açmış və Ulu Öndərin idarəetmə fəlsəfəsindən bəhs etmişlər.
Vurğulanıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkənləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik inkişaf yolu ilə irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Sonda rayon məktəblilərinin ifasında ədəbi-bədii kompozisiya və videoçarx nümayiş olunmuşdur.