Göyçayda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Göyçay rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə Göyçay şəhər Şəhidlər Xiyabanı ərazisində iməclik və ağacəkmə aksiyası keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması, vətəndaşlarda təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov qeyd edib ki, ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına həmişə böyük əhəmiyyət vermiş, Azərbaycanın ekoloji problemlərinin həllini xüsusi diqqətdə saxlamışdır.