Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda görüş keçirildi

02 mart 2023 | 15:38

02 mart 2023-cü il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda görüş keçirildi.

Görüşdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova və rayonun qadın ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək görüşdə iştirak edən qadınları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi və onlara ünvanlanan təbrik məktublarını çatdırdı.

Çıxış zamanı qadın siyasəti sahəsində görülən işlərdən söz açan Milli Məclisin deputatı M.Əfəndiyev 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaranmasını, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirlərin təkmilləşdirilməsini vurğuladı: Ulu Öndərin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkədə qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil və məqsədyönlü şəkildə həyata keçirilməsini təmin etdi. 2006-cı ildə isə Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkədə ailə, qadın və uşaq siyasətinin daha səmərəli həyata keçirilməsinə öz töhfəsini verməsini qeyd etdi.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova müasir dövlət qadın siyasətinin aparılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi əhəmiyyət kəsb edən rolu iştirakçıların diqqətə çatdırdı.

Digər natiqlər Vüsalə Məmmədova, Nərmin Abışova və Firəngiz Məmmədyarova çıxış edərək ölkəmizdə uğurla aparılan dövlət qadın siyasətinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər