Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

12 dekabr 2024 | 16:11

12 dekabr 2024-cü il tarixində Göyçayda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafındakı əvəzsiz rolunu və xalqın birliyinə verdiyi önəmi vurğulayıb, Ulu Öndərin apardığı siyasi kursun və onun bənzərsiz liderlik keyfiyyətlərinin ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki əhəmiyyətini qeyd edib.

Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin Heydər Əliyevin ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın qlobal arenada mövqeyinin daha da gücləndiyini bildirib.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, respublikanının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı çıxışlarında Heydər Əliyevin parlaq ideyalarının bu gün reallaşmasını və Azərbaycanın qalib ölkə olmasını vurğulayıblar.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş olunub və ehtiram əlaməti olaraq nahar süfrəsi təşkil edilib.

Keçidlər