Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və yol infrastrukturunun inkişafı” mövzusunda görüş keçirilib

26 may 2023 | 17:46

25 may 2023-cü il tarixdə Göyçay və Ağdaş rayonlarında çalışan avtomobil yolları işçiləri ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və yol infrastrukturunun inkişafı” mövzusunda görüş keçirildi.

Tədbirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Avtomobil Yollarının İstismarı və Təmir Baş idarəsinin rəisi Kamran Əzizov, 17 və 18 saylı Yol İstismar İdarəsinin əməkdaşları iştirak ediblər.

İştirakçılar əvvəlcə müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Göyçay rayon 17 saylı Yol İstismar İdarəsində keçirilən görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə açıq elan edilib.

Çıxış edən M.Əfəndiyev ilk növbədə Azərbaycanda yol infrastrukturunun formalaşması tarixindən bəhs edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi bu sahənin də inkişafında Heydər Əliyevin əvəzsiz rolunun olduğunu, Onun zəngin irsində nəqliyyat sisteminin inkişafının daim əhəmiyyətli yer tutduğunu qeyd edib.

Sonra millət vəkili Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yol infrastrukturu sahəsinin təkmilləşməsinə dəlalət edən davamlı diqqəti, imzalanan Fərman və Sərəncamlar, qəbul olunan qanunlar haqda iştirakçılara geniş məlumat verərək bu gün görülən işlər nəticəsində Azərbaycanın istər şərqlə qərb, istərsə də cənubla şimal arasında mühüm tranzit ölkəyə çevrildiyini, Avrasiya məkanının beynəlxalq logistik layihələrinin icrasında əhəmiyyətini diqqətə çatdırıb.

Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan, müstəqilliyimizin bərpası, eyni zamanda son illərdə Azərbaycanda nəqliyyat, xüsusilə avtomobil yolları infrastrukturunun təkmilləşdirilməsi prosesindən ətraflı söhbət açıblar.

Qarşılıqlı müzakirələrin sonunda xatirə şəkli çəkilib.

Keçidlər