Göyçayda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və enerji siyasəti” mövzusunda tədbir keçirilib
06 aprel 2023-cü il tarixində Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və enerji siyasəti” mövzusunda tədbir keçirilib.
Təbdirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay və Ağdaş Elektrik Şəbəkələrinin, eyni zamanda Ağsu və Zaqatala Regional Qaz İstismar İdarələrinin, o cümlədən Göyçay, Ağdaş istismar sahələrinin kollektivləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycanda energetika orqanlarının tarixindən bəhs edərək Azərbaycanda enerji siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasının danılmaz bir fakt olduğunu qeyd etdi.
Müstəqillik illərində energetika sahəsində əldə olunan nailiyyətlərə nəzər yetirən millət vəkili neft, qaz siyasətinin həyata keçirilməsinin və dövlətin enerji resurslarının idarə olunması mexanizminin müasir dövrün çağırışlarına uyğunlaşdırıldığını xüsusi vurğuladı, bu məcrada qəbul edilən qanunları diqqətə çatdırdı.
Eyni zamanda deputat bu gün həyata keçirilən işlərin Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə, uğurla davam etdirildiyini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin milli iqtisadiyyatın inkişafı ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan bəhs etdi.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən iqtisadiyyatın və energetika sahəsinin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirib.