Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin məzarları ziyarət olunub

21 sentyabr 2026 | 18:23

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov və şəhid ailələrinin üzvləri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladları şəhid Həsənov Xəyal Zeynəddin oğlu, Əhmədov Zamiq Çingiz oğlu, Məmmədov Elvin Mübariz oğlu, Bilalov Abdulcəmil Xəqani oğlu, Abdullayev Səməd Sədiyar oğlu, Əzizov Şəmistan İlyas oğlu, Həmidov Rəhim Ehdiram oğlu, Məhərrəmov Elnur Nərbala oğlu, Xudiyev Mütalib Ələsgər oğlu, Orucov Bayram Çərkəz oğlu, Mikayılov Elvin Nizami oğlu, Əzizov Qüdrət Bəhruz oğlu, Hüseynov İlham Umud oğlu, Ağayev Ülvi Valeh oğlu və Dəmirov Ədalət Nüsrət oğlunun məzarlarını ziyarət edib, şəhidlərimizin əziz xatirəsi yad olunub.

Uca tanrıdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbr diləyirik!

Keçidlər