Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

26 dekabr 2024 | 12:29

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 26 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında matəm elan edilib.

Matəm günü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Göyçay  rayonunda da Azərbaycanın Dövlət Bayrağı endirilib, keçirilməsi nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınıb, saat 12:00-da təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb.

Keçidlər