Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Tənzimlənməyən miqrasiya və onun hüquqi nəticələri” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib

16 dekabr 2024 | 16:56

Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının inzibati binasında Ağsu regional miqrasiya idarəsi tərəfindən “Tənzimlənməyən miqrasiya və onun hüquqi nəticələri” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə  tənzimlənməyən miqrasiya və onun hüquqi nəticələri barədə ilkin məlumatlar haqqında slayd vasitəsi ilə təqdimat göstərilmiş, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə fikir mübadiləsi aparılmışdır.

Görüş ərəfəsində Göyçay rayonu ərazisində qeydiyyatsız və sənədsiz yaşayan şəxslərin müəyyən edilməsi və onların sənədləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, miqrasiya sahəsində müvafiq orqanlarla qarşılıqlı əməkdaşlığın zəruriliyi ilə bağlı geniş məlumatlar verilmişdir.

Tədbirdə vətəndaşların Dövlət Miqrasiya Xidmətində fəaliyyət göstərən çağrı mərkəzi və elektron xidmət növləri barədə məlumat ala bilmələri üçün yaradılan şərait, daxil olan sualların operativ cavablandırılmasının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər