Göyçayda “Talassemiyasız həyat naminə” programı layihəsi çərçivəsində qanvermə aksiyası keçirildi
Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanaraq talassemiyalı və hemofiliyalı xəstələrə xüsusi qayğı göstərilməsi və 2005-ci il fevral ayının 8-də ölkəmizin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan “Talassemiyasız həyat naminə” proqramı layihəsinin başlanması elan edilmişdir.
04 dekabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzi publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı layihəsi çərçivəsində Göyçay Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
Tədbirin kecirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların qan ehtiyaclarının artırılmasına təmənnasız kömək etməkdir.
Qanvermə aksiyasında könüllü donorlar fəal iştirak ediblər.
Qeyd edək ki, aksiya səhər saatlarından başlayaraq gün ərzində davam edib.