Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib

07 iyul 2022 | 15:38

07 iyul 2022-ci il tarixdə “Şuşa İli” çərçivəsində Göyçay Rayon İcra Hakimiyyətinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları tanınmış müğənni Aydın Saninin və Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşlarının təqdimatında maraqlı konsert proqramına tamaşa ediblər.

Keçidlər