Göyçayda su ehtiyatlarının turizm və kənd təsərrüfatı məqsədilə səmərəli istifadəsi ilə bağlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sının həyata keçirilməsi üzrə Tədbirlər Planının 9.3.4.2 bəndinə uyğun olaraq müvafiq istiqamətlər üzrə maarifləndirici və təşviqedici tədbir keçirilmişdir.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında və rayonun Cəyirli kəndində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, KOBİA-nın Göyçay rayonu üzrə nümayəndəsi, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və yerli sahibkarların iştirakı ilə tədbir keçirilib.
Tədbirin əsas məqsədi su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi olmuşdur.
Tədbirdə rayon ərazisindən keçən Göyçay çayının turizm sahəsində istifadəsi imkanları qiymətləndirilmiş, bu istiqamətdə yerli və xarici investorların cəlb edilməsinin vacibliyinin dəstəklənməsi müzakirə olunmuşdur.






