Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda sosial xidmətlərlə bağlı maarifləndirici tədbir keçirilib

25 aprel 2025 | 11:07

25 aprel 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filialının Göyçay rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramının 8.4.3 bəndinin icrası ilə əlaqədar əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatın məsul əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filialının Göyçay rayon şöbəsinin aparıcı mütəxəsisi Əli Qarayev və rayon sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə qəbul edilmiş Dövlət Proqramının əhəmiyyətindən, onun icrası istiqamətində görülən işlərdən və mövcud sosial xidmətlərdən geniş söhbət açıblar.

Qeyd olunub ki, çətin həyat şəraitində olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin edən sosial xidmət sisteminin yaradılması və müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əhatəli işlər davam etdirilir. Sosial xidmətlərin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması kimi əhəmiyyətli məsələlər öz həllini tapır. Əlbəttə bu Dövlət Proqramı Azərbaycan Respublikasının sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi və sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması üzrə dövlət siyasətinin əsaslarını müəyyən edir.

Əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Tədbir sakinləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Keçidlər