Göyçayda sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır
Mayın ayının 13-də güclü leysan yağışlarından sonra Göyçay çayında sululuğun artması nəticəsində selin törətdiyi fəsadlar aradan qaldırılır.
Sel suları Göyçay çayının Cəyirli və Ulaşlı Şıxlı kəndlərinin ərazisindən keçən hissəsində fəsadlar törədərək çayın sahilində yaşayan əhalinin əkinə yararlı və həyətyanı torpaq sahələrini, meyvə bağlarını yuyub aparmışdır.
Rayon Fövqəladə Hallar Komissiyası dəymiş ziyanı müəyyənləşdirmiş və bununla bağlı rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciətlər edilmişdir.
Hazırda Komissiya tərəfindən kəndlərə dəymiş ziyanın aradan qaldırılması üçün işlərə başlanılıb. Vətəndaşların torpaq sahələrinin yaxınlığından keçən Göyçay çayının məcrasının istiqamətləndirilməsi məqsədilə rayon Suvarma Sistemləri idarəsi tərəfindən məcra təmizləmə və sahilbərkitmə işləri həyata keçirilir.