Göyçayda şəhidlərin ikinci ildönümü qeyd olundu
Oktyabrın 26-da Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Göyçay rayonu Çayarxı kəndindən olan şəhid Toğrul Siyavşah oğlu Hacıyevin və Alpout kəndindən olan şəhid Elvin Nizami oğlu Mikayılovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri dindarlar, ağsaqqallar və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirdilər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.