Göyçayda şəhid Xəyal Məmmədovun adına inşa bulağını açılışı oldu
12 avqust 2022-ci il tarixdə Göyçay şəhərinin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidi Xəyal Arif oğlu Məmmədovun adına inşa edilən bulağın açılışı oldu.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhidin valideyinləri bulaq kompleksinin üzərindəki qırmızı lenti kəsərək, önünə gül-çiçək dəstələri düzdülər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bulağın açılış tədbirində çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atdı. İllər keçsə də, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıqla yad edəcəklər.
Bulaq kompleksinin açılışında məktəb şagirdləri şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirdilər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.