Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda şəhid Sənan Tehran oğlu Məmmədovun ad günü qeyd olundu

27 iyul 2022 | 15:17

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Sənan Tehran oğlu Məmmədovun  ad günü Çaxırlı kəndində şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirdilər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə çıxış edənlər şəhid Sənan Məmmədovun  keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, şəhid Sənan Məmmədov 27.07.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda  anadan olmuşdur. 14.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 21 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər