Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda şəhid Fərid Nadirovun üçüncü ildönümü məzarı önündə qeyd olundu

28 noyabr 2023 | 15:26

Noyabrın 28-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Nadirov Fərid İlyas oğlunun üçüncü ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd edildi.

Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Fərid Nadirovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Nadirov Fərid İlyas oğlu 21.09.2000-ci il tarixdə Göyçay rayonunun Üngütlü kəndində anadan olmuşdur. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına  şəhid olmuşdur. 28 noyabr 2020-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər