Göyçayda Şəhid Elnur Məhərrəmovun ad günü qeyd olundu
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məhərrəmov Elnur Nərbala oğlunun ad günü Şəkər kəndində şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, rayon İcra Hakimiyyətin başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Babək Əliyev, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, şəhid Məhərrəmov Elnur Nərbala oğlu 18.05.2001-ci il tarixdə Göyçay rayonunun Şəkər kəndində anadan olmuşdur. 15 sentyabr 2022-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.