Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda şəhid ailəsinə ev tikilir

10 dekabr 2022 | 10:24

Göyçay rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, rayon icra hakimiyyəti həmin ailələrin problemləri ilə mütəmadi maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirir.

Göyçay şəhəri Zakir Nəcəfov küçəsində yaşayan birinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Niyaz oğlu Zeynalovun anası Fəridə  Zeynalovanın 2022-ci il avqustun 13-də  yaşadıqları evin yanması ilə bağlı Rayon İcra Hakimiyyətinə etdiyi müraciət əsasında yeni fərdi yaşayış evinin tikilməsinə başlanılıb. Şəhidimizin ailə üzvləri üçün yeni 150  kv-lıq 5 otaqdan ibarət evin tikilərək ailənin istifadəsinə verilməsi nəzərdə tutulub.

Şəhid anası Fəridə Zeynalova fərdi yaşayış evinin tikilməsinə və onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Göyçay Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Qeyd  edək ki, şəhid  Zeynalov  Anar  Niyaz  oğlu 1972-ci ildə Göyçay  rayonunda anadan  olub. Orta  təhsilini  Göyçay şəhər Ziya Bünyadov adına  3  saylı tam  orta məktəbdə alıb.

Daha  sonra  təhsilini  Göyçay  58 saylı Texniki Peşə Məktəbində davam  etdirib. Anar  Zeynalov 24 avqust 1992-ci  ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və Göyçay  şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Keçidlər