Göyçayda şəhərində küçələrin abadlaşdırılması işləri davam edir
Rayon İcra Hakimiyyəti tərəfindən Göyçay şəhərində mütəmadi olaraq abadlaşdırma işləri aparılır.
Layihə çərçivəsində şəhər küçələrinin asfalt örtüyünün yenilənməsi, müasir işıqlandırma sistemlərinin qurulması, piyada səkilərinin təmiri və fərdi yaşayış evlərinin fasadlarının estetik görünüşünü yaxşılaşdırmaq məqsədilə boyanması işləri icra olunur.
19 iyul 2025-ci il tarixdə şəhərin Heydər Əliyev prospektində və Füzuli, N.Nərimanov, R.İsayev, Atatürk, S.Vurğun küçələrində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin yenidən qurulması, həmin ərazidəki fərdi yaşşayış evlərin divar örtükləri müasir və keyfiyyətli materiallarla üzlənməsi, boyanması, çöl qapıların rənglənməsi, eləcə də gecə işıqlandırılması sistemləri də müasir standartlara uyğun şəkildə qurulur.
Aparılan işlər mərhələli şəkildə şəhərin digər küçələrində də davam etdiriləcək.






