Göyçayda Şanlı Zəfərin beşinci ildönümü ərəfəsində ağacəkmə aksiyası keçirilib
01 noyabr 2025-ci il tarixdə Şanlı Zəfərin beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Göyçay şəhər Şəhidlər Xiyabanı ərazisində Vətən müharibəsindəki tarixi qələbəmizin 5 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri və idarə, müəssisələrin kollektivləri iştirak ediblər.
Zəfər Günü ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.
Aksiyanın keçirilməsində əsas məqsəd vətənimizin qəhrəmanlıq tarixini xatırlatmaqla yanaşı, təbiətə olan sevgini, sülhü və yaşıl gələcək arzularını da simvolizə edir. Hər əkilən fidan – Zəfərimizin, dirçəlişimizin və gələcəyə inamın rəmzidir.






