Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda görüş keçirilib

14 iyun 2024 | 15:30

13 iyun 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda görüş keçirilib.

Görüşdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, eləcə də Göyçayda iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, Fondun güzəştli kreditlərindən yararlanmaq istəyən sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Keçidlər