Göyçayda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüş keçirilib
04 oktyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasının akt zalında “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin və Komitənin regional nümayəndəliyinin məsul əməkdaşları, rayon ictimaiyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirlərdə çıxış edən Dövlət Komitəsinin regional nümayəndəliyinin məsul əməkdaşı iştirakçılara reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı maarifləndirilmə istiqamətində Komitə tərəfindən görülən işlər, reproduktiv sağlamlığın mahiyyəti və bu mövzuda gənclərin məlumatlı olmasının zərurətindən danışıb.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb.