Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Ramazan bayramı ərəfəsində abadlıq və təmizlik işləri aparılıb

12 aprel 2024 | 11:12

Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və kənd bələdiyyələri tərəfindən avtomobil yollarının kənarlarında, qəbiristanlıqlarda iməcliklər keçirilərək abadlıq və təmizlik işləri aparılıb.

 

Belə ki, rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun nümayəndəliyin Qarayazı, Qaraməryəm, Şahsoltanlı və Yekəxana kəndlərinin ərazisindən keçən hissəsində iməclik təşkil edilərək tullantılardan, alaq otlarından və kol-kosdan təmizlənib, həmçinin avtomobil yolu dairəsində yeni dekorativ gül-çiçək kolları əkilib.

Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən isə respublika əhəmiyyətli Göyçay-Ucar avtomobil yolunun Potu kəndinin ərazisindən keçən hissəsində yol kənarlarındakı tullantılar, alaq otları təmizlənərək ərazidə səliqə-səhman işləri aparılıb.

 

Həmçinin bayram günlərində rayonunun Kürdşaban, Yeniarx, Potu, Məlikkənd, Alpout, Ləkçılpaq, Yalman, Müskürlü və digər bütün qəbiristanlıqların içərisində, eləcə də ətrafında alaq otlarından, tullantılardan təmizlənmə işləri görülüb.

 

 

Keçidlər