Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Qurtuluşdan Zəfərə gedən yol və Müzəffər Lider- miqrasiya kontekstində” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirildi

21 dekabr 2023 | 12:50

Dekabrın 21-də “Heydər Əliyev ili” çərçivəsində Ağsu Regional Miqrasiya İdarəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə gedən yol və Müzəffər Lider- miqrasiya kontekstində” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Ağsu Regional Miqrasiya İdarəsinin rəis müavini Faiq Məmmədov, kiçik miqrasiya xidmətinin müşaviri Həmid Həbibov, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, RİHB-nın şəhər və kənd inzibati ərazi dairələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbiri açıq elan edib ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağsu Regional Miqrasiya İdarəsinin rəis müavini Faiq Məmmədov, kiçik miqrasiya xidmətinin müşaviri Həmid Həbibov Azərbaycan Respublikasının davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi, milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsi və inkişaf etdirilməsi dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsininin zəruriliyini qeyd edərək bu sahədə Ulu Öndər Heydər Əliyevin siyasətinin hazırda Ölkə Prezidenti cənab ilham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Qeyd ediblər ki, regionların inkişafına xüsusi dəstək verilməsi və ölkəmizin iqtisadi inkişafı nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə axını artmağa başlamışdır. Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra çevik və təşkilati tədbirlər həyata keçirilməklə miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər