Göyçayda Qida təhlükəsizliyinə dair Dövlət Proqramı çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində növbəti maarifləndirmə tədbiri təşkil edilib.
İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin mütəxəssisinin iştirakı ilə keçirilən görüşdə ictimaiyyət nümayəndələri və vətəndaşlar iştirak ediblər.
Tədbirdə Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq, qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin əhali arasında bu istiqamətdə təşviqat və maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti vurğulanıb, vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.






