Göyçayda qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirmə tədbirləri keçirilib
19-20 sentyabr 2022-ci il tarixlərdə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması), 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) və 10.12.5-ci bəndinin (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.) icrasının təmin edilməsi məqsədilə rayonun Potu, İkinci Ərəbcəbirli kəndlərində, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyində, şəhərin 3, 5, 7 nömrəli tam orta məktəblərində əhali və şagirdlər arasında maarifləndirmə aparılıb.
Maarifləndimə tədbirində Göyçay RİHBA-nın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsmayılov Qaraş və Əsgərov Nicat, Qida Təhlükəsizliyi Agentliyinin Göyçay rayonu üzrə nümayəndəsi Səbuhi Məmmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin direktoru Coşqun İsmayılov iştirak ediblər.
Maarifləndirmə tədbiri həmçinin Göyçay rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşıyıb.
Əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanıb. Əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib.
Həmçinin məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar da diqqətə çatdırılıb.