Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildinin təqdimat mərasimi keçirilib

28 oktyabr 2026 | 18:11

Rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Hikmət Quliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.

Orxan Mürsəlov “Qərbi Azərbaycan folkloru” kitablarının xalqımızın öz tarixinə, mədəni soykökünə bağlılığını və ənənələrinin yaşadılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. İcra başçısı kitabın hazırlanmasında əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, məişəti ilə mətbəxindən danışıb, həmin ərazidə yaşamış insanların öz dədə-baba torpaqlarına qayıtmasını onların mənəvi haqqı olduğunu bildirib.

Hikmət Quliyev milli adət-ənənlərin və mənəvi dəyərlərin əks olunduğu kitabın ərsəyə gəlməsində Folklor İnstitutunun elmi işçilərinə və əməkdaşlarına öz təşəkkürünü bildirib.

Keçidlər