Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Qarabağ müharibəsinin şəhidi Ceyhun Əhməd oğlu Xəlilovun ad günündə bulağın açılışı oldu

20 avqust 2022 | 19:35

Göyçay rayonundan torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ceyhun Əhməd oğlu Xəlilovun adına ad günü münasibəti ilə inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüş, xatirəsini etiramla yad etmişlər.

Sonra bulağın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bulağın açılış tədbirində çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb. “Bu gün bu torpağın üzərində baş dik gəziriksə, buna görə Birinci və İkinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərə, sağlamlığını Vətən yolunda itirən qazilərə borcluyuq”, – deyən İ.Vəliyev igid, qəhrəman oğullarımızla hər bir Azərbaycan vətəndaşının fəxr edib, qürur duyduğunu qeyd edib.

Tədbirdə çıxış edənlər şəhid Ceyhun Xəlilovun keçdiyi döyüş yolundan söz açaraq Birinci  Qarabağ  müharibəsində  şəhid olan  igidlərin  qisası  44  gün davam  edən   Vətən  müharibəsində  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilin nisgilinə son qoyuldu, işğal  altında  olan  torpaqlarımız  azad  olunaraq  tarixi zəfər qazanıldı, şəhidlərimizin qisası alındı.

Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Tədbir karantin qaydalarına uyğun olaraq keçirilmişdir.

Keçidlər