Göyçayda qanvermə aksiyası keçirilib
Ölkənin bir sıra məscid və ziyarətgahlarında olduğu kimi aşura günündə Göyçay rayonunda qanvermə aksiyası keçirilib.
05 iyul 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Göyçay Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasına qoşulmaq üçün müraciət edən şəxslərin tibbi heyət tərəfindən sağlamlıq göstəriciləri təyin edildikdən sonra onlardan qan ehtiyatı götürülüb.
Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin rayon əhalisi iştirak ediblər.
Qanvermə aksiyasında toplanan qan ehtiyatı hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunmaq üçün nəzərdə tutulur.






