Göyçayda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
01 oktyabr 2026 | 10:52
1 oktyabr – Azərbaycan Respublikası Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı peşə bayramı münasibətilə kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.






