Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib

05 dekabr 2024 | 15:09

Göyçay Peşə Liseyi Publik Hüquqi Şəxsin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  4.5-ci bəndinin Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi icrasının təmin edilməsi ilə bağlı iclas keçirilib.

İclasda RİH-nin məsul işçiləri, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, təhsil, səhiyyə və mədəniyyət işçiləri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

İclasda qeyd olunub ki, peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir. 

Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və  digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.

Digər çıxış edənlər də, rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif mülahizələr irəli sürüblər.

İclasda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi vasitəsilə də müvafiq köməkliklər olunur.

Rayon ərazisində müxtəlif sahələr üzrə fəailiyyət göstərən sahibkarlar tərəfindən  assosiasiyaların yaradılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.

Keçidlər